Son dəqiqə

Azərbaycan Səudiyyə Ərəbistanı

Səudiyyənin Azərbaycan ilə ticarət həcmi açıqlanıb

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanı ilə Azərbatcan arasında ticartə dövriyyəsi bu ilin aprel ayında 45.5 milyion Səufiyyə riyalı (təxminən 12.05 milyon dollar) təşkil edib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Mərkəzi Statistika Komitəsindən bildirilib.

“Bu ilin aprel ayında Səudiyyə Krallığının Azərbaycandan idxalı 35.9 milyon riyal (9.55 milyon ABŞ dolları) təşkil edib. Krallığın Azərbaycana ixracı isə 9.6 milyon riyal (2.5 milyon riyal) təşkil edib.”-deyə komitədən bildirilib.

Məlumatda o da qeyd olunur ki , Azərbaycan, Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinə qörə, 117-ci sırada qərarlaşıb.

“Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinə görə, ilk sırada Çin, Hindistan və Yaponiya gəlməkdədir”-deyə məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər