Son dəqiqə

Qətər zəlzələ Venesuela Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Delsi Rodriges

Qətərin Baş naziri Delsi Rodrigeslə telefonla danışaraq Venesuelaya başsağlığı verib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Venesuelada baş vermiş iki güclü zəlzələ ilə əlaqədar Qətər dövlətinin həmrəyliyini ifadə edib.

Qətərin Baş naziri həyatını itirənlərin ailələrinə, Venesuela hökumətinə və xalqına səmimi başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Telefon danışığında Qətərin bu ağır günlərdə Venesuela xalqının yanında olduğu bir daha vurğulanıb.

Mövzuya görə xəbərlər