Son dəqiqə

İran Oman Beynəlxalq hüquq Dəniz təhlükəsizliyi Hörmüz boğazı Diplomatiya Suverenlik

Oman və İran Hörmüz boğazı ilə bağlı suverenliyə hörməti vurğulayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Oman və İran Hörmüz boğazı ilə bağlı bütün razılaşmaların ölkələrin suveren hüquqlarına tam şəkildə hörmət əsasında qurulmalı olduğunu bəyan ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə Oman xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Maskatda keçirilən danışıqlardan sonra tərəflər Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq və təhlükəsiz su yolu kimi saxlanılması öhdəliyini bir daha təsdiqləyiblər.

Həmçinin dəniz təhlükəsizliyinin gücləndirilməsi, sərbəst gəmi hərəkəti və regional sabitliyin təmin olunması məqsədilə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər bütün addımların suverenlik prinsiplərinə uyğun olmasının zəruriliyini qeyd ediblər.

Mövzuya görə xəbərlər