Son dəqiqə

İran Pakistan Abbas Əraqçi İslamabad rəsmi səfər İshaq Dar Diplomatiya regional siyasət

İran xarici işlər naziri İslamabadda səfərdədir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabadda rəsmi səfərdədir.

TurkicWorld xəbər verir ki, bu barədə İranın IRIB dövlət televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Əraqçi Omandakı səfərdən sonra İslamabada gəlib və Pakistan rəsmiləri tərəfindən, o cümlədən xarici işlər naziri İshaq Dar tərəfindən qarşılanıb.

Bildirilir ki, səfər çərçivəsində İran və Pakistan arasında yüksək səviyyəli görüşlər keçiriləcək.

Pakistan hökumətinin ABŞ–İran danışıqlarında vasitəçilik rolunun da müzakirə mövzusu olacağı gözlənilir.

Mövzuya görə xəbərlər