BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana bir günlük səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə İran prezidentinin ofisinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Həbib Abbasi məlumat yayıb.
O bildirib ki, səfər iki ölkə arasında əvvəlki razılaşmaların icrasını nəzərdən keçirmək və yeni ticarət əməkdaşlığı istiqamətlərini müzakirə etmək məqsədi daşıyır.
Prezident Pezeşkian Pakistanın ABŞ ilə İran arasında vasitəçilik səylərinə görə təşəkkürünü ifadə edəcək.







