Son dəqiqə

Fələstin İsrail Qəzza Yaxın Şərq Humanitar böhran hava zərbəsi Məcburi köçkünlər Xan Yunis əl-Məvasi

İsrailin Qəzzada çadıra endirdiyi zərbə nəticəsində azı beş nəfər yaralanıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzzanın cənubundakı Xan Yunis şəhərinin qərbində yerləşən əl-Məvasi bölgəsində məcburi köçkün ailələrin sığındığı çadıra endirilən İsrail hava zərbəsi nəticəsində azı beş nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, məlumat Fələstinin WAFA xəbər agentliyi tərəfindən yayılıb. Bildirilir ki, hücum məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib və yaralılar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıblar.

Fələstin səhiyyə qurumlarının açıqlamasına görə, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həlak olan fələstinlilərin sayı 73 min 18 nəfərə, yaralananların sayı isə 173 min 273 nəfərə çatıb.

Məlumata əsasən, oktyabrın 11-də qüvvəyə mindiyi bildirilən atəşkəsdən sonra 1007 nəfər həyatını itirib, 3165 nəfər yaralanıb.

Səhiyyə qurumları həmçinin daha əvvəl daxil olmaq mümkün olmayan ərazilərdən 784 nəfərin meyitinin çıxarıldığını açıqlayıb.

Mövzuya görə xəbərlər