Son dəqiqə

Livan İsrail ordusu Benyamin Netanyahu Hizbullah Hücumlar təhlükəsizlik zonası

Benyamin Netanyahu: İsrail ordusu Livanda “lazım olduğu müddətcə” qalacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail baş naziri Benyamin Netanyahu deyib ki, İsrail qüvvələri Livanda “lazım olduğu müddətcə” qalacaq.

TurkicWorld xəbər verir ki, o, Hizbullahın hücumları üçün ağır qiymət ödəyəcəyini vəd edib.

Netanyahu sosial şəbəkədə açıqlamasında bildirib ki, “İsrail əsgərlərimizə və torpağımıza edilən hücumları dözməyəcək və bu hücumlar üçün Hizbullahdan çox ağır qiymət alacaq”.

Baş nazir əlavə edib ki, İsrail cənubi Livandakı təhlükəsizlik zonasını şimal icmalarının qorunması üçün lazım olan müddət ərzində saxlayacaq.

Mövzuya görə xəbərlər