Son dəqiqə

İran ABŞ neft Enerji resursları Yaxın Şərq Cey Di Vens Hörmüz boğazı

Vens: Hörmüz boğazından 12,5 milyon barrel neft keçib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib.

TurkicWorld xəbər verir ki, o, memorandumun imzalanmasından sonra neft axınının bərpa olunduğunu bildirib.

Vensin sözlərinə görə, Hörmüz boğazından ümumilikdə 12,5 milyon barrel neft keçib.

O qeyd edib ki, bu göstərici qlobal enerji ticarəti üçün mühüm əhəmiyyət daşıyır.

ABŞ rəsmisi razılaşmanın regionda enerji axınlarını sabitləşdirdiyini vurğulayıb.

Məlumata görə, Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur.

Vens bu dinamikanın davamlı sülh prosesinə töhfə verdiyini bildirib.

Mövzuya görə xəbərlər