BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Jozef Aun və Baş nazir Nəvaf Salam İsraillə aparılacaq danışıqların növbəti mərhələsinə hazırlıq məsələlərini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, Prezident Administrasiyasının yaydığı məlumata əsasən, tərəflər 22 iyunda başlanması planlaşdırılan beşinci danışıqlar raunduna hazırlıqla bağlı fikir mübadiləsi aparıblar.
Məlumatda bildirilir ki, Livan rəhbərliyi ABŞ–İran memorandumunu regionda gərginliyin azalmasına və sülhə doğru addımların atılmasına töhfə verən müsbət amil kimi qiymətləndirir.
Bəyanata görə, Beyrut administrasiyası danışıqlar vasitəsilə daimi atəşkəsin əldə olunmasını və İsrail qüvvələrinin işğal etdiyi ərazilərdən çıxarılmasını hədəfləyir.
Həmçinin Livan ordusunun beynəlxalq sərhədə qədər yerləşdirilməsi, əsirlərin qaytarılması və bərpa prosesinin başlanması kimi məsələlər gündəmdədir.
Livan rəsmiləri hesab edir ki, mövcud diplomatik proseslər müharibə vəziyyətinin sona çatmasına şərait yarada bilər.
Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrail qüvvələrinin işğal etdiyi ərazilərdən çıxarılması olmadan münaqişənin tam başa çatması mümkün deyil.
O, bu məsələnin regionda sülhün əsas şərtlərindən biri olduğunu vurğulayıb.







