Son dəqiqə

Fransa Böyük Britaniya Emmanuel Makron Donald Tramp Enerji təhlükəsizliyi Dəniz təhlükəsizliyi Hörmüz boğazı Gəmiçilik

Makron: Hörmüz boğazının yenidən açılması səylərinə Fransa və Böyük Britaniya rəhbərlik edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Hörmüz boğazında gəmiçiliyin tam bərpası üçün həyata keçiriləcək beynəlxalq missiyaya Fransa və Böyük Britaniya rəhbərlik edəcək.

TurkicWorld xəbər verir ki, Makron bu barədə ABŞ Prezidenti Donald Trampla birgə çıxışı zamanı danışıb.

Fransa liderinin sözlərinə görə, boğazın təhlükəsiz şəkildə yenidən istifadəyə verilməsi məqsədilə genişmiqyaslı dəniz və hərbi əlaqələndirmə missiyası formalaşdırılır.

O qeyd edib ki, təşəbbüsə təxminən 20 ölkənin qoşulacağı gözlənilir.

Makron Fransanın bu prosesə töhfə vermək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Prezident bildirib ki, məqsəd beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini təmin etmək və enerji daşımalarının fasiləsiz davam etməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, İranla qarşıdurmanın aktiv mərhələsində ABŞ tərəfindən Fransa və Böyük Britaniyaya əlavə hərbi qüvvələrin cəlb olunması ilə bağlı müraciətlər edilmişdi.

Lakin hər iki ölkə həmin dövrdə belə bir iştirakdan imtina etmişdi.

Mövzuya görə xəbərlər