Son dəqiqə

Fələstin İsrail kənd təsərrüfatı İordan çayının qərb sahili Yətta Əl-Kərmil yaşayış evləri su quyusu

İsrail qüvvələri Yəttada evləri və su quyusunu dağıdıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Yətta bölgəsində fələstinlilərə məxsus yaşayış evlərini, su quyusunu və kənd təsərrüfatı obyektlərini dağıdıb.

TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, Yəttanın şərqində yerləşən Əl-Kərmil kəndində üç yaşayış evi sökülüb.

Bundan əlavə, Main bölgəsində tikintisi davam edən daha bir ev də dağıdılıb.

Məlumatda qeyd olunur ki, İsrail qüvvələri ərazidə yerləşən su quyusunu və iki kənd təsərrüfatı tikilisini də məhv edib.

Əməliyyat zamanı torpaq sahələrindəki infrastruktur obyektlərinə də ziyan dəyib.

İsrail hərbçilərinin 20 ağacı kökündən çıxardığı bildirilir.

Həmçinin ərazidə yerləşən divarlardan biri də sökülüb.

Hadisə bölgədə yaşayan fələstinlilər arasında narahatlığa səbəb olub.

Mövzuya görə xəbərlər