BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir.
TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son 24 saat ərzində yeddi nəfər həlak olub, altı nəfər isə yaralanıb.
Bununla da 2023-cü ilin oktyabr ayından bəri davam edən münaqişə nəticəsində ölənlərin sayı azı 73 min 3 nəfərə çatıb.
Məlumatda bildirilir ki, eyni dövrdə yaralananların ümumi sayı 173 min 252 nəfər olub.
Nazirliyin açıqlamasına əsasən, oktyabr ayında qüvvəyə minmiş atəşkəsdən sonra da hücumlar davam edib.
Bu müddət ərzində 992 fələstinli həyatını itirib, 3 min 144 nəfər isə yaralanıb.
Qəzza Səhiyyə Nazirliyi bölgədə humanitar vəziyyətin ağır olaraq qaldığını və səhiyyə sisteminin ciddi çətinliklərlə üzləşdiyini bildirib.







