BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hərbi qüvvələrinə neft tankerlerini və digər gəmiləri Hörmüz boğazından təhlükəsiz keçirmək üçün gizli əməliyyat aparmaq tapşırığı verib. Tramp iddia edir ki, 100 milyon bareldən çox neft artıq boğazdan keçməkdədir.
TurkicWorld xəbər verir ki, Tramp əlavə edib ki, 200-dən çox ticarət gəmisi Hörmüz boğazından təhlükəsiz şəkildə keçib və ABŞ – İran deyil – boğazın nəzarətini həyata keçirir.
Lakin prezident bu iddialarını sübut edən hər hansı rəsmi məlumat təqdim etməyib.







