Son dəqiqə

İran ABŞ neft Donald Tramp xam neft Ticarət tarifləri Səhm Bazarları sülh sazişi Dow Jones Industrial Average

ABŞ səhm bazarları Trampın İranla saziş ehtimalına işarə etməsindən sonra qalxıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ səhm bazarlarında açılış ticarətində qiymətlər yüksəlib, neft qiymətləri isə geri çəkilib. Bu, Prezident Donald Trampın İranla sülh sazişinin yaxın ola biləcəyinə işarə etməsindən sonra baş verib.

TurkicWorld xəbər verir ki, Prezident Tramp müharibəni sona çatdıracaq sülh sazişinin iki-üç gün içində ola biləcəyini bildirib. Bu açıqlamadan sonra xam neftin qiyməti 2 faizdən çox düşüb.

Briefing.com analitiki Patrik O’Hare AFP-yə bildirib: “Bazar bunu əvvəllər də eşidib. Hələ real bir saziş olmasa da, bazar bu ehtimalı nəzərə alır.”

Ticarətin təxminən 10 dəqiqəsi ərzində Dow Jones Industrial Average 0.6 faiz artaraq 51,074.86 səviyyəsinə çatıb, geniş bazarı əhatə edən S&P 500 isə 0.7 faiz qalxaraq 7,456.69-a yüksəlib.

Mövzuya görə xəbərlər