Son dəqiqə

Ermənistan Nikol Paşinyan

Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

BAKI,TurkicWorld

Ermənistanın Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini hesablayıb. Nəticələrə əsasən, baş-nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz (727 160) səs toplayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.

Səs verənlərin ümumi sayı – 1 476 916 nəfər təşkil edib.

xxx

Saat 08:00-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsindən 1878-nin nəticələrini emal edib ki, bu da onların ümumi sayının təxminən 93,7 faizini təşkil edir.

Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.

İlkin nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 50,25 faiz səslə liderlik edir.

İkinci yerdə rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,31 faiz səslə qərarlaşıb. Üçüncü pillədə isə sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku yer alıb. Sözügedən siyasi qüvvə 9,78 faiz səs toplayıb.

Mövzuya görə xəbərlər