Son dəqiqə

İsrail Səhiyyə Nazirliyi Livan hücum Regional gərginlik yaralılar humanitar vəziyyət Ölənlərin sayı münaqişə

Livan Səhiyyə Nazirliyindən son statistik açıqlama

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Səhiyyə Nazirliyi ölkədə baş verən son hücumlarla bağlı statistik məlumat açıqlayıb.

TurkicWorld xəbər verir ki, 2 mart tarixindən etibarən İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ümumilikdə 3 593 nəfərin həlak olduğu, 10 990 nəfərin isə yaralandığı bildirilib.

Rəsmi məlumatlara görə, son 24 saat ərzində 35 ölüm və 120 yaralanma qeydə alınıb. Hadisələr bölgədə humanitar vəziyyətin daha da pisləşdiyini göstərir.

Mövzuya görə xəbərlər