Son dəqiqə

Qəzza Qəzza müharibəsi humanitar hüquq səhiyyə işçiləri həkimlər tibb işçiləri hüquq müdafiə təşkilatı Hüssam Əbu Safiya İsrail Həbsxana Xidməti beynəlxalq humanitar hüquq

İsrailli hüquq müdafiə təşkilatı 14 həkimin azadlığını tələb etdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzzada saxlanılan səhiyyə işçiləri ilə bağlı yeni açıqlama verilib.

TurkicWorld xəbər verir ki, İsrailin hüquq müdafiə təşkilatı “Fizışınz for Hyuman Rayts–İsrail” Qəzzadan saxlanılan 14 həkimin azad olunmasını tələb edib.

Təşkilatın X sosial şəbəkəsində yayımladığı açıqlamaya əsasən, məsələ ilə bağlı təxminən bir ay əvvəl rəsmi müraciət təqdim olunsa da, İsrail hökuməti hələ də buna cavab verməyib.

Qurum bildirib ki, saxlanılan həkimlər ağır və alçaldıcı şəraitdə saxlanılır və onların həbsinin hüquqi əsasları ilə bağlı ciddi suallar mövcuddur.

Məlumata görə, adı çəkilən şəxslər İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı saxlanılan təxminən 400 tibb işçisi arasında olub. Bildirilir ki, hazırda təxminən 60 səhiyyə əməkdaşı hələ də həbsdə qalır.

Təşkilatın iddialarına görə, saxlanılan 14 həkim adekvat tibbi yardım və qida ilə təmin edilmir, həmçinin fiziki zorakılığa məruz qalır.

İsrail Həbsxana Xidməti isə saxlanılan şəxslərə qarşı pis rəftarla bağlı irəli sürülən ittihamları rədd edib.

Məlumata əsasən, saxlanılan tanınmış şəxslərdən biri Kamal Advan Xəstəxanasının direktoru Hüssam Əbu Safiyadır. Onun həbsi son dövrdə beynəlxalq müzakirələrin və tənqidlərin əsas mövzularından biri kimi göstərilir.

Mövzuya görə xəbərlər