Son dəqiqə

Fələstin İsrail Yaxın Şərq Qələndiya Qərb Sahili Qaçqın Düşərgəsi İsrail Reydi

İsrail qüvvələrinin Qələndiya düşərgəsinə reydi zamanı bir nəfər öldürülüb

BAKI,TurkicWorld Yusif Şərifzadə

İşğal altındakı İordan çayının qərb sahilində yerləşən Qələndiya qaçqın düşərgəsində İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı bir nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölən şəxs 30 yaşlı Əymən Rafiq Məhəmməd əl-Həşləmundur. Bildirilib ki, o, düşərgəyə təşkil olunan reyd zamanı açılan atəş nəticəsində öldürülüb.

Məlumata əsasən, İsrail qüvvələri düşərgənin girişində yerləşən peşə təhsili institutuna basqın edərək gözyaşardıcı qazdan, səs qumbaralarından və canlı sursatdan istifadə edib. Hadəisə zamanı əl-Həşləmun baş nahiyəsindən güllə yarası alıb.

Fələstinli təcili tibbi yardım briqadalarının yaralıya çatmasına maneə törədildiyi qeyd olunub. Daha sonra onun həyatını itirdiyi təsdiqlənib.

Fələstin Qızıl Aypara Cəmiyyəti isə öz əməkdaşlarının düşərgə daxilində rezin örtüklü güllə ilə yaralanan 15 yaşlı yeniyetməyə tibbi yardım göstərdiyini açıqlayıb.

Hadisə bölgədə gərginliyin daha da artdığı bir vaxtda baş verib.

Mövzuya görə xəbərlər