Son dəqiqə

İsveç tanker Baltik dənizi Suriya bayrağı gəmi saxlanıldı Jin Hui gəmi araşdırma kölgə donanması Rusiya Avropa İttifaqı sanksiyalar Ukrayna müharibəsi maliyyə axınları

İsveç Baltik dənizində Suriya bayrağı daşıyan tankeri niyə saxladı?

BAKI,TurkicWorld Orxan Qədirzadə

İsveç Baltik dənizində Suriya bayrağı altında üzən tankeri saxlayıb və araşdırmalara başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə İsveç sahil mühafizəsi məlumat yayıb. Bildirilir ki, “Jin Hui” adlı gəmi ölkənin cənubunda yerləşən Trelleborg yaxınlığındakı ərazi sularında saxlanılıb.

Qeyd olunur ki, sahil mühafizəsi əməkdaşları polis ilə birlikdə gəmiyə qalxaraq onun texniki vəziyyəti ilə bağlı ilkin araşdırmalara başlayıb. Araşdırma gəminin üzməyə yararsız olması ehtimalı əsasında aparılır.

İsveç tərəfi tankerin saxta bayraq altında üzməsi ehtimalını da istisna etmir. Bildirilir ki, gəmi beynəlxalq qaydalar və standartlara uyğun üzmə tələblərinə cavab vermir.

Məlumata əsasən, istiqaməti bəlli olmayan və ehtimal ki, yük daşımayan tanker bir sıra sanksiya siyahılarına, o cümlədən Avropa İttifaqı və Böyük Britaniya tərəfindən tətbiq edilən məhdudiyyətlərə daxil edilib.

İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin bildirib ki, sözügedən gəminin “kölgə donanması” adlandırılan və Rusiya ilə əlaqələndirilən sistemin bir hissəsi olduğu ehtimal edilir.

Qeyd edək ki, Avropa ölkələri son aylarda Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı maliyyə axınlarını məhdudlaşdırmaq məqsədilə “kölgə donanması”na qarşı nəzarəti gücləndirib.

Rusiya isə bu addımları tənqid edərək onları düşmən mövqe kimi qiymətləndirib.