BAKI, TurkicWorld
Hindistan Xarici İşlər Nazirliyi İranın ölkədəki səfirini nazirliyə çağırdığını açıqlayıb. Bu addım bu gün Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəmiyə atəş açılması hadisəsi ilə bağlıdır.
TurkicWorld xəbər verir ki,Hindistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, rəsmi Yeni Deli Hörmüz boğazı kimi həyati əhəmiyyətli su yolunda ticarət gəmilərinin hədəf alınmasından ciddi narahatlığını bildirib. Diplomatik etiraz zamanı gəmilərin və heyətin təhlükəsizliyinin təmin olunması tələb edilib.
Hadisənin təfərrüatları və gəmilərə dəyən zərər barədə araşdırmalar davam edir. Bu hadisə İranın Hörmüz boğazını açdığını elan etməsindən qısa müddət sonra baş verdiyi üçün regionda dəniz təhlükəsizliyi ilə bağlı yeni suallar doğurub.







