Son dəqiqə

İraq PUA Bəhreyn

Bəhreyn İraqa etiraz notası verib

BAKI,TurkicWorld ,Nailə Babazadə

Bəhreyn Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, bazar ertəsi günü İraqın Manamadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

TurkicWorld xəbər verir ki, etiraza səbəb İraq ərazisindən Bəhreyn krallığına və digər Körfəz Əməkdaşlıq Şurası ölkələrinə qarşı davam edən pilotsuz uçuş aparatı (PUA) hücumlarıdır.

Bəhreyn tərəfi İraqa rəsmi etiraz notası təqdim edərək bu təhdidlərin təcili və məsuliyyətli şəkildə aradan qaldırılmasını tələb edib. Həmçinin bildirilib ki, krallıq öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Mövzuya görə xəbərlər