BAKI, TurkicWorld, Orxan Qədirzadə
Sudanın Mavi Nil bölgə hökuməti, ərazinin cənub hissəsində hərbi qarşıdurmaların şiddətlənməsi ilə əlaqədar ümumi səfərbərlik elan edib.
TurkicWorld xəbər verir ki, rəsmi qurumlar bu addımı bölgəyə qarşı artan hücumların qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə atdıqlarını bildiriblər. Son günlərdə alovlanan döyüşlər nəticəsində minlərlə ailə öz evlərini tərk edərək daha təhlükəsiz ərazilərə sığınmaq məcburiyyətində qalıb.
Humanitar vəziyyətin pisləşdiyi bölgədə köçkünlərin sayının artması ciddi narahatlıq doğurur. Yerli hökumət əhalini mövcud təhdidlərə qarşı birliyə çağırıb.







