Son dəqiqə

Küveyt Səudiyyə Ərəbistanı İsrail İran hücumu İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İran-İsrail müharibəsi

Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları təşkil edildi

BAKI, TurkicWorld

Küveytin şimal-qərbində yerləşən Bubiyan Adasındakı Mübarək əl-Kebir limanına pilotsuz uçuş aparatları (PUA) və kruiz raketi ilə hücum edilib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin İctimai İşlər və Mənzil Nazirliyinin nəzdində Hökumət Kommunikasiya Mərkəzi hücuma dair açıqlamanı "X" sosial şəbəkə hesabı vasitəsilə yayımlayıb.

Açıqlamada, Mübarək əl-Kebir limanına ikili hücum təşkil edildiyi bildirilib. Hücum nəticəsində limanın infrastrukturu zədələnib, xəsarət alan olmayıb.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin "X" şəbəkə hesabındakı açıqlamaya görə, paytaxt Ər-Riyad bölgəsinə 6 balistik raketlə hücum təşkil edilib. Raketlərdən ikisi vurulub, digər dördü isə Körfəz sularına və boş ərazilərə düşüb.

Açıqlamada, hücumun mənbəyi itkilərlə bağlı məlumat verilməyib.

Mövzuya görə xəbərlər