Son dəqiqə

Donald Tramp

Tramp Mayamidə Latın Amerikası liderləri ilə görüşəcək

Bakı. TurkicWorld:

ABŞ Prezidenti Donald Tramp bu gün Mayamidə Vaşinqtonla ideoloji baxımdan yaxın olan bir sıra Latın Amerikası ölkələrinin liderlərini qəbul edəcək.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Məlumata görə, "Amerika qalxanı" adlı zirvə görüşündə Argentina, Boliviya, Honduras, Kosta-Rika, Panama, Paraqvay, Salvador, Ekvador liderləri, eləcə də Çilinin yeni seçilmiş prezidenti iştirak edəcək.

Görüşün gündəliyinə təhlükəsizlik, qanunsuz miqrasiya, Latın Amerikası ölkələrində mütəşəkkil cinayətkarlıq problemləri, həmçinin Amerika qitəsində Çinin təsirinə qarşı mübarizə məsələləri daxildir.

Mövzuya görə xəbərlər