BAKI, TurkicWorld, Orxan Qədirzadə
Pakistanın nəzarətində olan Azad Cammu Kəşmir bölgəsinin prezidenti Sultan Mehmud Çaudri 71 yaşında dünyasını dəyişib.
TurkicWorld xəbər verir ki, Sultan Mehmud Çaudri uzun sürən xəstəlikdən sonra İslamabad şəhərində vəfat edib. Bu barədə Dawn qəzeti Pakistan Xalq Partiyasının açıqlamasına istinadən məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, Sultan Mehmud Çaudri 1996-cı ildə Azad Cammu Kəşmirin baş naziri, 2021-ci ildə isə prezident seçilib. O, siyasi fəaliyyəti dövründə doqquz dəfə Azad Cammu Kəşmir məclisinin üzvü olub.
Radio Pakistanın məlumatına görə, Pakistanın baş naziri Şahbaz Şərif Çaudrinin vəfatı ilə bağlı dərin hüznünü ifadə edib. Baş nazir mərhum siyasətçini “müdrik və fədakar dövlət xadimi” kimi xarakterizə edib.