BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə mətbuatında Robert Kollecinin idarəetmə strukturlarında təmsil olunduğu bildirilən bir şəxsin Ceffri Epşteynə ünvanlandığı deyilən məktub barədə material dərc olunub.
TurkicWorld xəbər verir ki, Türkiyə mediasında dərc olunan materiallarda Robert Kollecinin idarə heyəti üzvü kimi təqdim edilən Tomas C. Landonun 7 noyabr 2014-cü il tarixli məktubla Ceffri Epşteynə müraciət etdiyi iddia olunur. Yazılarda məktubun “Türkiyənin daha mühafizəkar istiqamətdə dəyişməsi” ilə bağlı qiymətləndirmələr ehtiva etdiyi, həmçinin fəaliyyətlərin maliyyələşdirilməsi üçün müxtəlif fondlar və varlı şəxslər barədə fikir mübadiləsinə yer verildiyi qeyd edilir.
Məqalələrdə iddia olunur ki, məktubda “maliyyə mənbələri” ilə bağlı müzakirə kontekstində Bill Geyts Fondu da xatırladılır və təşəbbüslərin bu quruma təqdim olunmasının mümkünlüyü barədə sual səsləndirilir.