Son dəqiqə

Tramp Kanadanı 100 faiz rüsumla hədələdi ABŞ Çinlə sazişə görə Kanadaya sanksiya xəbərdarlığı etdi Vaşinqton Ottavanın Çinlə yaxınlaşmasına sərt reaksiya verdi Tramp: Kanada ABŞ bazarına Çin malları ötürə bilməz ABŞ–Kanada münasibətlərində yeni gərginlik Trampdan Kanadaya ticarət ultimatumı

Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə ticarət sazişi bağlayacağı təqdirdə, ABŞ-a idxal olunan bütün Kanada məhsullarına 100 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.

TurkicWorld xəbər verir ki, Tramp Vaşinqtonun Kanadanın Çin məhsulları üçün ABŞ bazarına alternativ kanal kimi istifadə olunmasına imkan verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, belə bir addım Amerika iqtisadi təhlükəsizliyinə ziddir və qəti qarşısı alınacaq.

Bu açıqlama Ağ Evin Kanada ilə bağlı ritorikasının sərtləşdiyi bir dövrə təsadüf edir. Son aylarda ticarət və strateji məsələlər fonunda Vaşinqton–Ottava münasibətlərində gərginliyin artdığı bildirilir.

Qərb mediasında daha əvvəl yayılan məlumatlara əsasən, Kanada federal hakimiyyəti ABŞ ilə mümkün hərbi qarşıdurma ssenarisi üzrə nəzəri plan hazırlayıb. Bildirilir ki, bu, son yüz ildən artıq dövrdə ABŞ-a qarşı mümkün konfliktin ilk rəsmi modelləşdirilməsidir.

Məlumatlarda vurğulanır ki, sözügedən plan tamamilə nəzəri xarakter daşıyır və asimmetrik şəraitdə kiçik hərbi və mülki qrupların davranışlarını nəzərdə tutur. Mənbələr Kanadanın genişmiqyaslı hərbi qarşıdurmada ABŞ-a müqavimət göstərə biləcək gücə malik olmadığını və belə ssenaridə əsas mövqeləri sürətlə itirə biləcəyini qeyd ediblər.

Eyni zamanda, ABŞ tərəfindən hərbi hücum ehtimalının son dərəcə aşağı qiymətləndirildiyi, bu cür ssenarilərin isə yalnız ən pis ehtimala hazırlıq məqsədi daşıdığı bildirilir. Kanada rəsmiləri planın detalları ilə bağlı ictimaiyyətə açıqlama verməsələr də, artan gərginlik şəraitində risklərin qiymətləndirilməsinin vacibliyini önə çəkiblər.