Son dəqiqə

Fransa deputatından Suriyaya müdaxilə çağırışı Parisdə qalmaqallı bəyanat: YPG/SDG ilə bağlı çağırış Fransalı deputat Türkiyənin Suriya siyasətini hədəf aldı Fransa Milli Assambleyasında Suriya ilə bağlı gərgin çıxış Remi Fero: Fransa Suriyada fəal olmalıdır Fransadan YPG/SDG mövzusunda mübahisəli açıqlama

Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Fransa Milli Assambleyasının üzvü Remi Fero Suriyada Türkiyənin mövqeyini tənqid edərək, Paris rəhbərliyini YPG/SDQ terror təşkilatlarının xeyrinə proseslərə müdaxilə etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, fransız sosialist deputat parlamentdə çıxışı zamanı Fransanın Suriyada “passiv mövqe” tutduğunu iddia edib və bu siyasətin dəyişdirilməsinin vacibliyini vurğulayıb. O, Suriyanın şimal-şərqindəki vəziyyətin ağır olduğunu bildirərək, bölgədə YPG/SDQ-nin zəifləməsini Türkiyə ilə ABŞ arasında əlaqələrlə əlaqələndirib.

Remi Fero çıxışında Suriyanın şimal-şərqində “Rojava” kimi təqdim edilən ərazilərin çökmə riski ilə üz-üzə qaldığını iddia edib. Deputat, Türkiyənin Suriyadakı addımlarını tənqid edərək, Fransa hakimiyyətini bu proseslərdə daha fəal rol almağa çağırıb.

Fransız deputat həmçinin Fransa hökumətinə müraciət edərək YPG/SDQ-yə dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib və bölgədə baş verən proseslərə səssiz qalınmamasını tələb edib. Onun açıqlamaları Parisin Suriyaya münasibəti ilə bağlı ölkə daxilində və beynəlxalq müstəvidə müzakirələrə səbəb olub.