Son dəqiqə

İsrail müharibə xərcləri üçün silah şirkətlərindəki paylarını satır Qəzza müharibəsi İsraili özəlləşdirməyə sövq etdi İsrail Aerokosmik Sənayesində pay satışı gündəmdə Tel-Əviv müdafiə xərclərini şirkət payları ilə kompensasiya edir İsrail silah sənayesində dövlət payını azalda bilər Müharibə büdcəsi: İsrail iri müdafiə şirkətlərini satışa çıxarır

İsrail müharibə xərclərini qarşılamaq üçün böyük silah şirkətlərindəki paylarını satmağı planlaşdırır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsrail hökuməti Qəzza zolağında iki ildir davam edən müharibə fonunda müdafiə xərclərinin kəskin artmasını kompensasiya etmək və dövlət gəlirlərini artırmaq məqsədilə böyük silah istehsalçı şirkətlərdəki paylarının satışını gündəmə gətirib.

TurkicWorld xəbər verir ki, İsrail Maliyyə Nazirliyinin Baş Mühasibi Yali Rotenberq “Financial Times” nəşrinə açıqlamasında İsrail Aerokosmik Sənayesi şirkətinin özəlləşdirilməsi istiqamətində hazırlıq işlərinə artıq başlanıldığını bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə şirkətin 25 faiz payının satışa çıxarılması nəzərdə tutulur və bu göstərici sonrakı mərhələlərdə 49 faizə qədər artırıla bilər.

Məlumata görə, İsrail hökuməti paralel olaraq Rafael Qabaqcıl Müdafiə Sistemləri şirkətinin də özəlləşdirilməsi imkanlarını araşdırır. Rəsmi dairələr hesab edirlər ki, bu addımlar həm artan hərbi xərclərin maliyyələşdirilməsinə töhfə verəcək, həm də dövlət büdcəsinə əlavə vəsait cəlb olunmasına şərait yaradacaq.

Ekspertlərin qiymətləndirməsinə görə, Qəzza müharibəsi İsrailin müdafiə büdcəsinə ciddi yük salıb və silah sənayesində dövlət paylarının satışa çıxarılması maliyyə balansının bərpası üçün əsas alətlərdən biri kimi nəzərdən keçirilir.