Son dəqiqə

Livan Hizbullah Hizbullahın silahsızlaşdırılması Hizbullahın Livandakı rolu Hizbullah silahların alınması qərarı Hizbullah Livan hökuməti qarşıdurması Hizbullah tərksilah məsələsi Hizbullahın silahlı qolu livan suriya münasibətləri Livan ordusu: Tərksilah planı icra olunur Livanda gərginlik fonunda Papanın səfəri öncəsi Hizbullahdan bəyanat Livanın 18 məzhəbli dini xəritəsinə türkmən icması da daxil edilir

Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

BAKI, TurkicWorld, Nailə Babazadə

Livanın Baş naziri Nəvaf Salam ölkəsinin silahlar üzərində dövlət inhisarının bərpa edilməsi ilə bağlı planın ikinci mərhələsini həyata keçirməkdə qərarlı olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, bazar ertəsi günü Beyrutda atəşkəs rejiminə nəzarət edən beşlik komitəsinin (ABŞ, Fransa, Səudiyyə Ərəbistanı, Qətər və Misir) səfirləri ilə görüşən Baş nazir bu istiqamətdəki qətiyyətini ifadə edib. Planın fevral ayında başlayacaq ikinci mərhələsi Əl-Litani çayından şimalda yerləşən əraziləri əhatə edəcək. Çaydan cənubdakı əraziləri əhatə edən birinci mərhələnin isə artıq tamamlanmaq üzrə olduğu bildirilir.

Misirin Livandakı səfiri Əla Musa görüşdən sonra verdiyi açıqlamada Livan dövlətinin və ordusunun doğru yolda olduğunu vurğulayıb. O qeyd edib ki, beynəlxalq tərəfdaşlar birinci mərhələnin nəticələrini müsbət qiymətləndirirlər və Misir bölgədə gərginliyin azaldılması üçün səylərini davam etdirir. Səfir həmçinin bildirib ki, Livan ordusunun fəaliyyəti və diplomatik səylər bir-birini tamamlayaraq sabitliyə töhfə verir.

Digər tərəfdən "Hizbullah" hərəkatı silahların dövlətə təhvil verilməsi planının ikinci mərhələsinə sərt etirazını bildirib. Təşkilatın millət vəkili Hüseyn İzzəddin hökuməti milli maraqlar hesabına güzəştə getməməyə çağırıb. O bildirib ki, hökumət diqqətini silahların müsadirəsinə deyil, İsrailin işğal etdiyi Livan ərazilərindən qeyd-şərtsiz geri çəkilməsinə və məhbusların azad edilməsinə yönəltməlidir.

Xatırladaq ki, Livan hökuməti ötən il bütün silahların yalnız dövlət qurumlarının nəzarətində olması barədə qərar qəbul edib. Hazırda Livan ordusu beynəlxalq dəstək çərçivəsində ölkə daxilində qeyri-dövlət silahlı qruplaşmalarının, xüsusilə "Hizbullah"ın tərk-silah edilməsi prosesini mərhələli şəkildə davam etdirir.

Mövzuya görə xəbərlər