Son dəqiqə

Suriya YPG Dəməşq Suriyada PKK varlığı Suriya iqtisadi inkişafı Suriya və Fələstin arasındakı münasibətlər Suriyada türk diplomatiyası Türkiyə Suriya YPG müdaxilə PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan etdi Fidan: SDQ adı altında fəaliyyət göstərən PKK/YPG vaxt udur YPG/PKK-nın Hələbdə hücumları nəticəsində mülki itkilər qeydə alınıb Hələbdə Suriya ordusu ilə YPG/PKK arasında nə baş verib YPG/PKK-nın Hələbdə mülki ərazilərə hücumu

Dəməşq Hələbin şərqindəki silahlı qruplaşmaları dərhal hərbi cavab veriləcəyi ilə hədələyib

BAKI, TurkicWorld, Nailə Babazadə

Suriya ordusu terror təşkilatı YPG/SDG-nin Hələbin şərq kəndlərində həyata keçirdiyi hərbi güclənməyə diqqət çəkərək hər hansı hərbi fəaliyyətə ən sərt şəkildə cavab veriləcəyini bəyan edib.

TurkicWorld xəbər verir ki, ordu Əməliyyatları Heyəti Hələbin şərqindəki Məskənə və Deyr Hafir ətrafında YPG/SDG-nin nəzarət etdiyi məntəqələrə yeni silahlı qrupların gəldiyini bildirib. Ordu rəsmiləri bu qüvvələr arasında PKK üzvlərinin və devrilmiş rejimin qalıqlarının olduğunu iddia ediblər.

Açıqlamada qeyd olunub ki, Suriya ordusu sahədəki vəziyyəti birbaşa və təcili şəkildə izləyir. Terror qruplaşmalarının bölgədəki bu hərbi fəaliyyəti təhlükəli gərginlik kimi qiymətləndirilib. Suriya hərbçiləri həmin qruplar tərəfindən həyata keçiriləcək hər hansı hücum cəhdinə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəklərini vurğulayıblar.

Ordu rəsmiləri Suriya ordusunun bu proseslər qarşısında səssiz qalmayacağını və ölkənin təhlükəsizliyinə qarşı olan hər bir addımın sərt şəkildə qarşısının alınacağını bildiriblər.

Mövzuya görə xəbərlər