Son dəqiqə

Avropa İttifaqı Suriya Hələb Avropa Xarici Fəaliyyət Xidməti

Aİ Suriyadakı münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırıb

BAKI, TurkicWorld

Avropa İttifaqı Suriyanın Hələb şəhərində və ətrafında hərbi əməliyyatlara son qoyulması, mülki şəxslərin hər zaman qorunması və humanitar yardıma daha asan çıxışın təmin edilməsinə çağırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi bildirib.

"Bütün tərəfləri elan edilən atəşkəsi tətbiq etməyə və siyasi həll yolu tapmaq üçün təcili olaraq siyasi dialoqa qayıtmağa çağırırıq", - deyə bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, ölkə daxilində sabitliyə nail olmaq "bütün suriyalıların istəklərinə cavab verən davamlı və inklüziv keçidin təmin edilməsində əsas elementdir".

Mövzuya görə xəbərlər