BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ Senatı Prezident Donald Tramp-ın Venesuelaya qarşı əlavə hərbi əməliyyatlar aparmaq səlahiyyətini Konqresin icazəsi olmadan davam etdirməsinin qarşısını almaq məqsədilə hazırlanan qətnaməni irəlilədib. Bu, Senatın 100 üzvü arasında prosedur səsvermədə 52–47 hesabı ilə dəstəklənib.
TurkicWorld xəbər verir ki, qətnamə, müharibə səlahiyyətləri ilə bağlı məsələləri tənzimləyən qanunvericiliyə əsasən, Trampın Venesuelaya qarşı hər hansı hərbi addım atmazdan əvvəl Konqresdən icazə almasını tələb etməyi nəzərdə tutur. Sənədin irəli aparılması növbəti mərhələdə tam səsvermə üçün zəmindir.
Səsvermədə beş respublikalı senator — Rand Paul, Lisa Murkowski, Susan Collins, Todd Young və Josh Hawley — bütün demokrat senatorlarla birgə qətnamənin irəli aparılmasına səs veriblər. Bu, Tramp administrasiyasının Venesuelaya qarşı hərbi təzyiqlərini artırdığı bir vaxtda qanunvericilərin narahatlığını əks etdirir.
Qətnamənin irəliləməsi prezident tərəfindən imzalanmadığı təqdirdə qanunlaşmır və Trampın veto hüququ gözlənilir. Buna baxmayaraq, bu addım Senatın hərbi qərarlarda Konqresin nəzarətini gücləndirməyə çalışdığını göstərir.