Son dəqiqə

TÜPRAŞ-ın İzmit zavodunda partlayış olub İzmit neft emalı zavodunda benzin çəni partlayıb TÜPRAŞ İzmit rafinerisində fövqəladə hadisə Kocaelidə neft emalı zavodunda partlayış İzmitdə TÜPRAŞ ərazisində partlayış qeydə alınıb TÜPRAŞ İzmit zavodunda partlayış: xəsarət alan yoxdur

Türkiyənin İzmit neft emalı zavodunda partlayış baş verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən TÜPRAŞ-ın İzmit neft emalı zavodunda partlayış qeydə alınıb.

TurkicWorld xəbər verir ki, ilkin məlumatlara əsasən, partlayış zavod ərazisində yerləşən benzin çənlərindən birində baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili müdaxilə briqadaları cəlb olunub.

Məsələ ilə bağlı aparılan ilkin araşdırmalara görə, partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə ərazi nəzarətə götürülüb, mütəxəssislər tərəfindən texniki baxış və qiymətləndirmə işləri davam etdirilir.

Rəsmi qurumlar hadisənin səbəbləri ilə bağlı əlavə məlumatın araşdırmalar yekunlaşdıqdan sonra açıqlanacağını bildiriblər.