Son dəqiqə

Hindistan Bhagiratpura İndore

Hindistanda sudan kütləvi zəhərlənmə qeydə alınıb: 16 nəfər ölüb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Hindistanın İndore şəhərinin Bhagiratpura rayonunda içməli sudan kütləvi zəhərlənmə nəticəsində azı 16 nəfər həyatını itirib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ölkənin “ən təmiz şəhəri” statusunu daşıyan şəhərdə dekabr ayının sonlarından bəri kəskin ishal diaqnozu ilə 1400-dən çox insan xəstəxanalara müraciət edib.

Azı 142 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, təxminən 15 000 nəfərin yaşadığı ərazidən götürülmüş su nümunələri kanalizasiya borusunda baş vermiş sızma səbəbindən çirklənmiş suda zərərli bakteriyaların olduğunu göstərib.

Mövzuya görə xəbərlər