Bakı, TurkicWorld
ABŞ öz vətəndaşlarını Venesuelaya səfər etməməyə çağırıb.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Venesuela üzrə diplomatik missiyasının bəyanatında deyilir.
"Yüksək qanunsuz saxlanılma riski, həbs yerlərində işgəncələr, terrorizm, adam oğurluğu, yerli qanunların özbaşına tətbiqi, cinayətkarlıq, vətəndaş iğtişaşları və səhiyyə infrastrukturunun zəif inkişafı səbəbindən Venesuelaya səfər etməyin və orada qalmayın", – müraciətdə deyilir.
Qeyd edək ki, yanvarın 3-də Karakas şəhərində silsilə partlayışlar baş verib. Yerli sakinlər şəhər üzərindən ABŞ-yə məxsus hərbi təyyarələrin və helikopterlərin uçduğunu iddia edir. Vaşinqton hələlik hadisə ilə bağlı rəsmi bəyanat yaymayıb. Venesuela prezidenti Nikolas Maduro yaranmış vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.







