Son dəqiqə

Gürcüstan Tbilisi Aleko Elisaşvili

Gürcüstanda müxalif siyasətçi məhkəmə binasını yandırmağa cəhd edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Gürcüstanın paytaxtı Tbilisidə şəhər məhkəməsinin kargüzarlıq şöbəsini yandırmağa cəhd etmiş müxalifətyönümlü siyasətçi Aleko Elisaşvili hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, “Güclü Gürcüstan –Lelo” koalisiyasının liderlərindən olan Elisaşvili yanğını şənbə gününə keçən gecə törətməyə çalışıb. Operativ tədbirlər nəticəsində onun bu cəhdinin qarşısı alınıb və o dərhal hadisə yerində saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl oktyabr ayında Tbilisidə prezident sarayına basqın cəhdinə görə 60-dan çox insan saxlanılmışdı.

Mövzuya görə xəbərlər