Son dəqiqə

Fələstin İsrail Qəzza HƏMAS əsir razılaşması Yaxın Şərq Sülh Sammiti

HƏMAS bu gün daha iki israilli əsirin meyitini qaytaracaq

BAKI, TurkicWorld, Orxan Qədirzadə

HƏMAS bu gecə daha iki israilli əsirin meyitini təhvil verəcəklərini açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə qruplaşmanın yazılı bəyanatında qeyd olunub.

Bildirilib ki, Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində bu gün dağıntılar altından çıxarılan iki israilli əsirin meyiti bu axşam təhvil veriləcək.

Həmçinin qeyd olunub ki, əlavə meyitlərin təhvil verilməsi üçün Qəzzada dağıntılar altındakı meyitləri çıxarmaq məqsədilə xüsusi texnikaya ehtiyac var.

Mövzuya görə xəbərlər