Son dəqiqə

Ukrayna Yaxın Şərq Katolik Kilsəsində papa dəyişikliyi Rusiya Ukrayna müharibəsi Papa XIV Leo yeni seçilmiş Roma Papası

Papa XIV Leo Yaxın Şərq və Ukraynanı atəşkəsə çağırıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Papa XIV Leo Yaxın Şərqdə və Ukraynada atəşkəsə çağırıb.

TurkicWorld xəbər verir ki, Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo çərşənbə günü ümumi auditoriya zamanı çıxış edərək Yaxın Şərq və Ukrayna müharibəsində sülh üçün çağırış edib.

O, avqustun 22-ni “sülh, ədalət və silahlı münaqişələrdə əziyyət çəkənlər üçün dua və oruc günü” elan etdiyini bildirib. Papa həmçinin tərəfləri atəşkəsə və dialoqa dəvət edib.

Qeyd edək ki, Papa XIV Leo daha əvvəl də İsrailin hücumları altında olan Qəzzada beynəlxalq humanitar hüquqa riayət olunması və atəşkəsin təmin edilməsi çağırışı etmişdi.

Mövzuya görə xəbərlər