Son dəqiqə

Bunu bilirsinizmi? Parkinson xəstəliyi Parkinson xəstəliyinin erkən diaqnozu süni intellekt dəstəklı qələm əl yazısı və diaqnostika sağlamlıq problemləri xəstəliklərin erkən aşkarlanması

Əl yazısına əsasən xəstəliyi aşkarlayan qələm istehsal olunub

BAKI, TurkicWorld

Parkinson xəstəliyinin ilkin əlamətlərini yüksək dəqiqliklə aşkar edə bilən süni intellekt dəstəklı xüsusi qələm hazırlanıb.

TurkicWorld xəbər verir ki, Kaliforniya Universitetinin (UCLA) alimləri tərəfindən istehsal edilən bu qələm, əl yazısını analiz edərək Parkinson xəstəliyinin ilkin izlərini müəyyən edə bilir. Maqnit mürəkkəb və xüsusi ucla təchiz olunan cihaz insanın yazı zamanı etdiyi motor hərəkətlərini elektrik siqnallarına çevirərək süni intellekt vasitəsilə təhlil edir.

Tədqiqatın nəticələrinə əsasən, yeni texnologiya Parkinson xəstəliyindən əziyyət çəkən şəxslərlə sağlam insanların yazı nümunələrini 95 faizdən çox dəqiqliklə ayırd edə bilib. Bu da qələmin ucuz, portativ və geniş yayılmış diaqnostika vasitəsi kimi istifadəsini mümkün edir.

Qeyd edək ki, Parkinson titrəmə, əzələ sərtliyi və hərəkətlərin yavaşıması kimi simptomlarla müşayiət olunan və dünyada 10 milyondan çox insana təsir edən ikinci ən çox yayılmış neyrodegenerativ xəstəlikdir. Xəstəliyin erkən mərhələdə aşkarlanması isə müalicənin effektliyini əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər hesab edirlər ki, bu qələm resurs məhdudiyyətli bölgələrdə əlçatan və effektiv diaqnostika vasitəsi kimi geniş istifadə oluna bilər.

Mövzuya görə xəbərlər