Son dəqiqə

İsrail ABŞ Donald Tramp Qəzza zolağı HƏMAS Atəşkəs razılaşması İsrail və Qəzza münaqişəsi Qəzza atəşkəsi çağırışı

İsrail və HƏMAS atəşkəsə çox yaxındır - Tramp

BAKI, TurkicWorld

Qəzzada atəşkəs razılaşması əldə olunmaq üzrədir.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsraillə HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunmasına çox az qaldığını bildirib.

Onun sözlərinə görə, prosesin nəticəsi bu gün və ya sabah açıqlana bilər.

Tramp bu açıqlamanı Ağ Evdə təşkil edilən İlon Maskla vida mərasimində çıxışı zamanı verib.
“Qəzzada atəşkəs razılaşmasına çox yaxındırlar. Bunun nəticəsini bu gün və ya sabah sizə bildirəcəyik. Bunun üçün real şansımız var.” - deyə o bildirib.

Prezident əlavə edib ki, İsrailin dəstəklədiyi planla bağlı HƏMAS-ın cavabı gözlənilir. Eyni zamanda Tramp İranla nüvə razılaşmasına da yaxın zamanda nail olunacağına ümid etdiyini bildirib.

Mövzuya görə xəbərlər