Son dəqiqə

Çin kosmos kosmos xəbərləri Peyk buraxılışı Kosmik rabitə Kosmik müşahidələr Texnoloji nailiyyət Peyk görüntüləri

Çin kosmosa altı yeni texnoloji peyk buraxıb

BAKI, TurkicWorld

Çin texnologiya və kosmosun tədqiqi üçün 6 yeni peyk buraxıb

TurkicWorld xəbər verir ki, Çin kosmik tədqiqatlar sahəsində növbəti addımını ataraq, Şansi əyalətində yerləşən Taiyuan peyk buraxılış mərkəzindən altı “Şiyan-27” sınaq peykini kosmosa göndərib.

Peyklər yerli vaxtla saat 06:51-də modifikasiya edilmiş “Long March-6” daşıyıcı raketi ilə uğurla orbitə çatdırılıb.

Yeni buraxılmış peyklər texnoloji təcrübələrin aparılması və kosmik mühitin müşahidəsi məqsədi ilə istifadə olunacaq. Bu buraxılışla birlikdə “Long March” seriyalı raketlərin ümumi uçuş sayı 570-ə çatıb.

Qeyd edək ki, “Şiyan” seriyalı peyklər adətən eksperimental texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulur və Çinin uzunmüddətli kosmos strategiyasının mühüm elementlərindən biridir.

Mövzuya görə xəbərlər