BAKI, TurkicWorld
Çin yüksək sürətli rabitə texnologiyalarını sınaqdan keçirmək üçün kosmosa yeni peyk buraxıb
TurkicWorld xəbər verir ki, Çin “çox diapazonlu” və “yüksəksürətli” rabitə texnologiyalarını sınaqdan keçirmək məqsədilə yeni rabitə peykini orbitə yerləşdirib.
“Sinxua” agentliyinin yaydığı məlumata görə, peyk “Long March-3B” (Uzun Yürüş-3B) raketi ilə Sıçuan əyalətində yerləşən Siançang Peyk Atış Mərkəzindən uğurla buraxılıb.
Bildirilir ki, peyk planlaşdırılan orbit mövqeyinə yerləşdirilib və gələcək rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Qeyd edək ki, bu buraxılış Çin istehsalı olan “Uzun Yürüş” raketləri ilə həyata keçirilən 569-cu uğurlu faydalı yük missiyası olub.