BAKI, TurkicWorld
Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna üçün təhlükəsizlik təminatları olmadan Rusiya prezidenti Vladimir Putinin potensial sülh sazişini pozacağını bildirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Starmer bu açıqlamanı Qərb hərbi rəsmilərinin Londonda keçirdiyi və Ukraynadakı mümkün sülh razılaşmasının hərbi aspektlərinin müzakirə edildiyi toplantıdan sonra verib.
Baş nazirin sözlərinə görə, 20-dən çox ölkənin iştirak etdiyi bağlı qapılar arxasında keçirilən görüşdə Ukraynaya qoşun göndərmək və təhlükəsizlik təminatları müzakirə olunub. O əlavə edib ki, təhlükəsizlik tədbirləri göründüyü təqdirdə sazişin davamlı olması mümkündür və Rusiyaya hər hansı pozuntuya görə ciddi nəticələrlə qarşılaşacağını anlatmaq vacibdir.
Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün aparılan danışıqlar Qərbin təhlükəsizlik zəmanətlərini müzakirə etdiyi kritik mərhələyə daxil olub.