Son dəqiqə

Böyük Britaniya

Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin prototipini təqdim etməyi planlaşdırır

Bakı. TurkicWorld:

Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin prototipini təqdim etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard bildirib.

Pollard yazılı cavabında qeyd edib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin hipersəs proqramı 2030-cu ilə qədər nümayiş silahının hazırlanmasını hədəfləyir.

Bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Londonun 2026-cı ildə digər Avropa ölkələri ilə birlikdə yeni növ yüksək dəqiqlikli və hipersəs silahların hazırlanmasına 400 milyon funt sterlinq xərcləyəcəyini açıqlamışdı.

Mövzuya görə xəbərlər