BAKI, TurkicWorld
Hələb Beynəlxalq Hava Limanı təmir işlərinin tamamlanmasının ardınca yenidən fəaliyyətə başlayıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, açılış mərasimində Hələb qubernatoru və hava yollarının rəhbərləri iştirak ediblər. Daha əvvəl zədələnmə səbəbindən bağlanan hava limanı Mülki Aviasiya Baş İdarəsinin səyləri nəticəsində bərpa edilib.
Hələb valisi Əzzam Qərib hava limanının şəhərin iqtisadi və sosial inkişafına töhfə verəcəyini bildirib. Açılışdan sonra ilk uçuş Dəməşq Beynəlxalq Hava Limanından gələn təyyarənin enişi ilə həyata keçirilib.
Qeyd edək ki, Hələb hava limanı son illərdə bölgədəki münaqişələr səbəbindən dəfələrlə fəaliyyətini dayandırmalı olub.