Bakı, TurkicWorld
Malayziya Hava Yollarına məxsus "MH370" reysinin yoxa çıxmasından 11 il sonra onun axtarışlarına yenidən start verilib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , axtarış əməliyyatlarını ABŞ-ın “Ocean Infinity” şirkəti aparır və bu məqsədlə Armada 7806 adlı gəmi Avstraliyanın Pert sahillərindən 1000 km uzaqda fəaliyyətə başlayıb.
Belə ki, əgər qalıqlar tapılarsa, şirkətə 70 milyon dollar ödəniləcək.
Qeyd edək ki, 8 mart 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından 227 sərnişin və 12 ekipaj üzvündən ibarət Pekinə uçan MH370 reysi havaya qalxdıqdan 38 dəqiqə sonra yoxa çıxıb. Radar qeydləri göstərir ki, təyyarə planlaşdırılan marşrutdan kənara çıxaraq Hind Okeanının cənubuna yönəlib.
Cənubi Hind Okeanında genişmiqyaslı araşdırmalar aparıldıqdan sonra bəzi qalıqlar tapılıb, lakin təyyarənin əsas hissəsi hələ də naməlum olaraq qalır.
2018-ci ildə axtarışlar nəticəsiz qaldığı üçün dayandırılmışdı, lakin yeni texnologiyalar və analizlər nəticəsində ümidlər yenidən canlanıb.