BAKI, TurkicWorld, Nailə Babazadə
29-30 noyabr tarixlərində paytaxtdakı “Radisson Hotel Baku”da Malayziyada təhsil imkanlarına həsr olunmuş sərgi keçirilir. Tədbir xaricdə təhsil almaq istəyən tələbələr və valideynlər üçün dünyanın ən çox seçilən təhsil istiqamətlərindən biri olan Malayziya universitetləri ilə yaxından tanış olmaq imkanı yaradıb.
Sərgidə iştirakçılar ali təhsil müəssisələrinin proqramları, qəbul şərtləri, ixtisas seçimi, yaşayış, akademik mühit və digər tədris imkanları barədə birbaşa rəsmi nümayəndələrdən məlumat əldə ediblər.
Malayziyada təhsil almaq istəyən tələbələr üçün ən cəlbedici üstünlüklərdən biri geniş təqaüd imkanlarıdır. Sərgi iştirakçıları 100 faizədək təqaüd proqramlarına müraciət imkanları, həmçinin ödənişsiz və güzəştli təhsil şərtləri barədə ətraflı məlumat alıblar.
Bundan əlavə, Malayziya dünyanın ən təhlükəsiz ölkələri arasında ilk onluğa daxil olur, yaşam xərclərinin münasib olması isə tələbələr üçün ölkəni daha da əlçatan edir. Müasir təhsil proqramları və beynəlxalq akkreditasiyaya malik universitetlər isə diplomun qlobal səviyyədə tanınmasını təmin edir.







