Son dəqiqə

Azərbaycan Azərbaycan Mərkəzi Bankı Malayziya AMB

Azərbaycan Malayziya iqtisadiyyatına investisiya qoyuluşunu 141 dəfə artırıb

BAKI, TurkicWorld

Ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbayacanın Malayziyaya birbaşa xarici investisiyalarının həcmi 3,665 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,639 milyon ABŞ dolları və ya təqribən 141 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Malayziyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycandan Malayziyaya birbaşa xarici investisiyaların ümumi həcmi 26 min ABŞ dolları təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Mövzuya görə xəbərlər