BAKI, TurkicWorld
Ötən həftə Malayziya hökuməti gəmidən gəmiyə qeyri-qanuni neft ötürməkdə şübhəli bilinən iki tankeri saxlayıb və təxminən 130 milyon dollar dəyərində xam nefti müsadirə edib.
TurkicWorld xəbər verir ki, məlumat "Reuters" agentliyinə istinadən verilib.
Gəmilər Penanq ştatındakı Muka-Hed burnundan 24 dəniz mili qərbdə saxlanılıb. Tankerlərdə Çin, Myanma, İran, Pakistan və Hindistan vətəndaşları olmaqla cəmi 53 ekipaj üzvü olub. Tankerlərin kapitanları həbs edilib.
Qeyd olunur ki, Malayziya suları dənizdə tankerlər arasında neftin qanunsuz şəkildə yerdəyişməsi əməliyyatlarının mütəmadi həyata keçirildiyi ərazi kimi tanınır.




